İran Fars körfəzində 2 tankeri ələ keçirib

6 Dekabr 2023 14:52 (UTC+04:00)

İranın Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirdiyi açıqlanıb.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.

Açıqlamada, "Biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda ələ keçirilib",-deyə qeyd edilib.

Sözügedən tankerlərin ekipajının saxlanıldığı bildirilib.

Mövsüm

Aznews.az