Fazil Mustafa prezidentliyə rəsmən namizəd olur

5 Avqust 2013 10:25 (UTC+04:00)
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa gələn həftə prezidentliyə namizədliyini rəsmən irəli sürəcək. Bu barədə partiya sədri AzNews.az-a özü məlumat verib.

Deputat bildirib ki, bu həftə partiyanın Ali Məclisinin sessiyasının keçirilməsi nəzərdə tutulub: "Ali Məclisin sessiyasında partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək və çox güman ki, gələn həftə rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik".

F.Mustafa bildirib ki, BQP Ali Məclisi böyük ehtimalla onun prezidentliyə namizəd olması ilə bağlı qərar qəbul edəcək və partiya öz sədrinin namizədliyini irəli sürəcək.

Anar