Gürcüstan parlamentinin spikeri : NATO üzvlük üçün kriteriyaları qeyd etməlidir

6 Dekabr 2023 19:02 (UTC+04:00)

NATO Avropa İttifaqında fəaliyyət göstərən mexanizm kimi bloka qoşulmaq üçün aydın meyarlar müəyyən etməlidir.

Aznews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Joana ilə görüşündən sonra bildirib.

“Biz Gürcüstanın üzvlüyünə NATO-dan aydın yanaşmalara malik olmaq istəyirik. Gürcüstan çoxdan NATO-nun müttəfiq üzvü kimi çıxış edib”, - deyə Papuaşvili qeyd edib. .

O qeyd edib ki, Gürcüstan təhlükəsizlik məsələlərinə verdiyi töhfədə “uzun müddətdir ki, alyansın üzvləri kimi davranıb” və ölkənin silahlı qüvvələrinin NATO üzvü olan dövlətlərin qüvvələri ilə uyğunluğu “ən yüksək səviyyədədir”.

Mövsüm