Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var

7 Dekabr 2023 11:32 (UTC+04:00)

ğcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.