Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu kəskin artırılıb

7 Dekabr 2023 16:12 (UTC+04:00)

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin nizamnamə fondu kəskin artırılaraq 5 642 390 manatdan 245 157 852 manata çatdırılıb.