Rusiya ABŞ-nin analitik mərkəzini arzuolunmaz təşkilat elan edib

7 Dekabr 2023 21:07 (UTC+04:00)

Rusiya Amerika Birləşmiş Ştatlarının analitik mərkəzini arzuolunmaz xarici qeyri-hökumət təşkilatları siyahısına daxil edib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Amerikanın RAND Corporation analitik mərkəzi arzuolunmaz xarici QHT-lərinin siyahısına daxil edib.