Çin sədri Si Cinpin dörd ildə ilk dəfə üz-üzə keçirilən Çin-Avropa İttifaqı sammitində Aİ liderlərinə xəbərdarlıq edib ki, Çin və Avropa fərqli siyasi sistemlərinə görə bir-birini rəqib görməməli və münaqişəyə girməməlidir. .
Ticarət balanssızlığından tutmuş Ukraynaya qədər bir çox mövzunun müzakirə edildiyi görüşdə Si Cinpin Çinin Avropa İttifaqını mühüm iqtisadi və ticarət tərəfdaşına çevirməyə, elm və texnologiya sahələrində, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
CCTV dövlət telekanalının məlumatına görə, görüşdə Si Cinpin Aİ-ni ikitərəfli münasibətlərə "bütün müdaxilələri aradan qaldırmağa" çağırıb.
Hər iki tərəf sammit öncəsi gözləntiləri azaltmağa çalışarkən, Çinin xarici işlər naziri Vanq Yi bazar ertəsi Aİ ölkələrinin səfirlərinə deyib ki, Avropa “yeni soyuq müharibə” əvəzinə “sülh və sabitliyi” seçməlidir.
Mövsüm
Aznews.az