Ümid sədri də prezidentliyə namizəd olur

5 Avqust 2013 11:15 (UTC+04:00)

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də önümüzdəki həftə prezidentliyə namizədliyini irəli sürəcək.

Partiya sədri bu barədə AzNews.az-a açıqlamasında deyib ki, avqustun 7-də Ümid Partiyasının qurultayı keçiriləcək və qurultayda partiyanın prezidentliyə namizədliyi müəyyənləşdiriləcək. Ü.Ağazadə deyib ki, qurultayda qəbul ediləcək qərarın ardından gələn həftədən etibarən partiyanın prezidentliyə namizədi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ediləcək. Qeyd edək ki, Seçki Məcəlləsinə görə, gələn həftədən Azərbaycanda seçki kampaniyasına rəsmən start veriləcək.

Anar
AzNews.az