Orban mövcud fikir ayrılıqlarına görə Aİ-ni Rusiya ilə dialoqdan əl çəkməməyə çağırıb

8 Dekabr 2023 16:41 (UTC+04:00)

Rusiya ilə Avropa arasındakı sivilizasiya fərqləri qarşılıqlı əlaqədən imtinaya gətirib çıxarmamalı, indiki vəziyyətdə Brüssel Moskva ilə münasibətlər qurmağın yollarını axtarmalıdır.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Fransanın "Le Point" jurnalına müsahibəsində bildirib.

Macarıstanlı siyasətçinin fikrincə, Rusiya “fərqli sivilizasiya formasına aiddir” və Avropa İttifaqı ölkələri ilə müqayisə oluna bilməz. Üstəlik, Rusiyanın Avropa kimi olmasını gözləmək olmaz.

"Bu mümkün deyil. Tarixən, siyasi, coğrafi və ənənəvi olaraq bu fərqli bir ölkədir. Əhəmiyyətli sual, fikir ayrılıqlarımızın əməkdaşlığa səbəb olub-olmamasıdır. Cavabım yox”, - deyə Macarıstanın baş naziri bildirib.

Mövsüm

Aznews.az