Baş pediatrdan özəl tibb müəssisələrinə İTTİHAM

5 Avqust 2013 11:55 (UTC+04:00)
Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev onlayn konfrans vasitəsilə sualalrı cavablandırıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, baş pediatr uşaqların səhhətindəki problemlərlə bağlı sualalrı cavablandırıb. Eyni zamanda çıxışında özəl tibb müəssisələri haqqında fikrilərini bölüşüb: "

O özəl tibb müəssisələri ki, Səhiyyə Nazirliyinə təqdim etdikləri Nizamnamələrini pozurlar, qanunsuz hərəkətlərə yol verirlər, əhali arasında narazılıq yaradırlar, mən də həmin müəssisələrə öz mənfi münasibətimi bildidirəm. Bu gün respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrində çalışan mütəxəssislərin böyük əksəriyyəti dövlət tibb müəssisələrində işləyənlər və ya işləmişlərdir. Mən burada heç bir ayrı-seçkiliyə əsas görmürəm". Tibbdə biznes işinin ən çətin və daha çox vaxt tələb edən spesifik bir biznes sahəsi olduğunu deyən baş pediatr bəzi özəl tibb müəssisələrinin fəaliyyətindən danışıb:

"Yaradıldıqdan çox az müddət keçməsinə baxmayaraq bir çox sahələrə sponsorluq, baş sponsorluq etməyə başlayırlar, əsassız reklamlara yol verirlər, bəziləri özünü klinik xəstəxanalar kimi qələmə verirlər ki, bunlar da həqiqəti əks etdirmir, əhali arasında haqlı narazılıqlar yaradırlar. Yəni əslində özü haqqında mənfi rəyi hər kəs özü yaradır və özü də bu haqda fikirləşməlidir".

Elnarə
AzNews.az