Prezident İlham Əliyevin Serbiyaya işgüzar səfəri başa çatıb

10 Dekabr 2023 19:25 (UTC+04:00)

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb.

Bu barədə Aznews.az xəbər verir.

Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.