Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

11 Dekabr 2023 16:13 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Bu barədə nazir “X” hesabında paylaşım edib.

Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.