İran və Rusiya XİN başçıları regional vəziyyəti müzakirə ediblər

11 Dekabr 2023 23:36 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.Ad - 00:19

Bildirilib ki, telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı regional vəziyyətin gündəliyinə dair bəzi məsələlər müzakirə olunub.

Baş diplomatlar Qəzza zolağında gedən müharibədəki son hadisələrdən söhbət açıb.