Sərnişinlərin nəzərinə: qatarlarda problem yaranmayacaq

5 Avqust 2013 13:30 (UTC+04:00)
Ramazan bayramı ilə əlaqədar həftə ərzində 4 gün qeyri-iş günü olması sərnişinlərin sayına təsir göstərəcək. Bunu nəzərə alan "Azərbaycan Dəmir Yolları" QSC Ramazan bayramı günlərində gucləndirilmiş rejimində işləyəcək.

QSC-dən verilən məlumata görə, sərnişin sıxlığı nəzərə alınaraq ölkə daxilində qatarlara əlavə vaqonların quraşdırılması təcrübəsindən b il də istifadə olunacaq. Qatarlara sərnişin müraciətindən asılı olaraq 10-20 ədəd əlavə vaqonun qoşulması nəzərdə tutulur. Sərnişin qatarlarına bilet satışı 10 gün əvvəlcədən aparılsa da, əlavə qoşulan vaqonlara bilet satışı həmin gün həyata keçiriləcək.

Elnarə
AzNews.az