Qurban Məmmədovla bağlı appelyasiya şikayəti verildi

5 Avqust 2013 13:52 (UTC+04:00)
Vəkil Qurban Məmmədovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verilib.

Bu barədə məlumatı Aznews.az-a vəkil Süleyman Qasımov verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq. Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs-qətimkan tədbirini 1 ay da uzadıb.

Elnarə
AzNews.az