Ələt-Astara yolunda qəza olub, ölən və yaralanan var

16 Dekabr 2023 12:27 (UTC+04:00)

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində ağır qəza baş verib.

Aznews.az-ın məlumatına görə, minik avtomobili yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.