Ermənistan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib

19 Dekabr 2023 18:04 (UTC+04:00)

Ermənistan Avropa İttifaqı Şurasının (Aİ) dekabrın 4-də məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Xarici siyasət prioritetlərinə əsaslanaraq və Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində Ermənistan Aİ-nin bəyanatlarını izləyir və onlara tez-tez qoşulur, orada müzakirə olunan məsələlərlə bağlı öz dəstəyini və həmrəyliyini nümayiş etdirir. Amma konkret olaraq, Ermənistan Aİ Şurasının 4 dekabr tarixli məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmadı”, - deyə Badalyan qeyd edib.

Mövsüm

Aznews.az