Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin daha bir uğurudur - Politoloq

21 Dekabr 2023 11:16 (UTC+04:00)

“COP29” dünyada diqqət mərkəzində olan, iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı, qərarların verildiyi geniş bir platformadır. Azərbaycan da xüsusən son illərdə istər beynəlxalq təşkilatlara rəhbərlik edən, istərsə də bu cür mötəbər tədbirlərə ev sahibliyi edən dövlət kimi “COP29”-da yüksək səviyyədə təşkil edəcəyinə inanıram. Bu tədbirə qatılan şəxslər, aparılan müzakirələr və veriləcək qərarların bəşəriyyətin iqlim dəyişikliyi ilə bağlı mübarizəsində əhəmiyyətli rol oynayacağını düşünürəm. Ümumiyyətlə, Azərbaycan hər zaman bu cür tədbirlərə ev sahibliyi edərkən qlobal miqyasda faydalı nəticələrin əldə olunması üçün yüksək səviyyədə təşkil edərək faydalı müzakirələrlə qərarların qəbuluna nail ola bilir”.

Bu sözləri AzNews.az-a açıqlamasınsa politoloq Mübariz Göyüşlü deyib.

Politoloq qeyd edib ki, “COP29”-un Bakıda keçirilməsi ölkəmizin zənginliklərini, mədəniyyətini, təbiətinin qorunmasını və iqlim dəyişikliyinə qarşı aparılan mübarizədə Azərbaycanın rolunu dünyanın diqqətinə çatdıra biləcəyik.

“Azərbaycanın bu tədbirə ev sahibliyi etməməsi üçün bir sıra dövlətlər, şəxslər kampaniya aparsalar da, buna nail ola bilmədilər. Azərbaycanın uğurlar əldə etməsi onları narahat edir. Çünki hər bir beynəlxalq platforma Azərbaycanın dünyada tanıdılmasına və onun mövqelərinin möhkəmləndirilməsinə gətirib çıxarır. Bütövlükdə növbəti möhtəşəm əhəmiyyətinə və miqyasına görə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada daha bir uğurudur. Qlobal miqyasda etibarının, çalışmalarının artması eyni zamanda ölkəmizin həqiqətlərinin, zənginliyinin dünyaya tanıtdırılmasıdır”.

Rəfiqə NAMAZƏLİYEVA