Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib

21 Dekabr 2023 16:08 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.