145 min nəfərin ölkəyə girişinə qadağa qoyuldu

5 Avqust 2013 21:00 (UTC+04:00)
Rusiya qanunvericiliyini pozduqlarına görə 145 mindən çox əcnəbiyə bu ölkəyə girişinə qadağa qoyulub.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Federal Miqrasiya Xidmətinin (FMX) xarici vətəndaşlarla işin təşkili departamentinin rəis müavini Dmitri Demidenko bildirib.

"2013-cü ilin əvvəlindən biz 145 mindən çox əcnəbiyə Rusiyaya girişinə qadağa tətbiq etmişik. Biz bu işi davam edəcəyik", deyə Demidenko vurğulayıb.

Onun sözlərinə görə, FMX-nın informasiya resurslarına əsasən, Rusiya ərazisində müəyyən olunmuş vaxtdan çox qalan, əmək statusunu rəsmiləşdirməyən və risk qrupuna aid edilən miqrantların sayı 3 milyondan çoxdur.

"Gələcəkdə bütün bu şəxslər Rusiyaya giriş hüququndan məhrum olunmalıdır" deyə Demidenko bəyan edib.

AzNews.az