Maliyyə Nazirliyinin büdcə bölgüsünü təşkilatlara çatdırılması müddəti azaldılıb

22 Dekabr 2023 10:39 (UTC+04:00)

Maliyyə Nazirliyinin təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdırılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Bundan əvvəl Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.

Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.