Bundestaq Almaniyaya gedən ukraynalıların səfərbər edilməsi ideyasını dəstəkləyib

22 Dekabr 2023 14:58 (UTC+04:00)

Almaniya hakimiyyəti ölkəsini tərk edən Ukrayna vətəndaşlarının Almaniyaya səfərbər olunmasına dəstək verməlidir.

Bu barədə Almaniyanın "Deutschlandfunk" radiosuna müsahibəsində Almaniya Xristian Demokratik İttifaqı (CDU) partiyasından Bundestaqın deputatı Roderix Kiesevetter bildirib .

Onun sözlərinə görə, Almaniyada hərbi xidmətə yararlı 200 minə yaxın ukraynalı var. Bununla əlaqədar Kiesevetter hökuməti Ukraynaya onları hərbi xidmətə çağırmaqda kömək etməyə çağırıb.

Siyasətçi Almaniyanın “vətənlərinə kömək etmək arzusundan çəkinənləri təşviq etməməsi” fikrini ifadə edib.

Bundestaq deputatı təklifinin həyata keçirilməsi yollarından biri kimi bu kateqoriyadan olan insanlara verilən müavinətlərin azaldılmasını göstərib.

Mövsüm

Aznews.az