Avtobus kartları nə vaxt satışa çıxarılacaq?

6 Avqust 2013 07:13 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, kart sisteminə iyun ayında keçiləcəyi deyilsə də, hazırda avqust olmasına baxmayaraq bu sistem hələ də reallaşmayıb.

Bununla bağlı Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov milli.az-a açıqlamasında bildirib ki, avtobuslarda kart sisteminə sentyabr ayında başlanacaq. Şöbə müdirinin sözlərinə görə, bu sistem ilkin mərhələdə Bakı şəhəri ərazisində hərəkət edən 1 000 sərnişin avtobusuna tətbiq olunacaq.

N.Həsənov əhali üçün istifadəyə ən azı 1 milyon ədəd kart buraxılacağını bildirsə də, hələlik onların satışda olmadığını vurğulayıb.


AzNews.az