Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

25 Dekabr 2023 15:24 (UTC+04:00)

Elbay Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Qasımzadə 1948-ci il dekabrın 26-da Bakıda anadan olub. Sabah onun 75 yaşı tamam olur.