Qazaxıstan Türkiyə PUA-nı öz invanterinə daxil etməyə hazırlaşır

25 Dekabr 2023 17:34 (UTC+04:00)

Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqları Qazaxıstan ordusu donanmasına daxil edilməyə başlanıb.

Qazaxıstan Müdafiə Nazirliyi ANKA-S-nin qazax əsgərləri tərəfindən sınaqdan keçirilməsi prosesinin görüntüsünü paylaşıb.

Nazirlikdən verilən məlumata görə, qəbul sınaq mərhələlərindən uğurla keçən Türkiyənin ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqlarına başlanılıb.

İHA Döyüş İstifadəsi Təlim Mərkəzinin rəhbəri Şokan Musabekov ANKA-S-nin uçuşlarının ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini bildirib.

Musabekov qeyd edib ki, hərbi sınaq uğurla başa çatarsa, ANKA-S Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.

Qanadları 18 metrə qədər çatan ANKA-S-nin uçuş sürətinin 120 ilə 270 kilometr arasında dəyişdiyini bildirən Musabekov, nəqliyyat vasitəsinin səmada 27 saata qədər fasiləsiz işləyə biləcəyini də bildirib.

Mövsüm

Aznews.az