Qəzzada ölənlərin sayı 20 min 674-ə yüksəlib

25 Dekabr 2023 20:07 (UTC+04:00)

Oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 20 min 674-ə yüksəlib.

Aznews.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusu Qəzzada Əl-Maqazi Qaçqınlar Düşərgəsini növbəti dəfə hədəfə alıb. O, mülki əhalinin yaşadığı evlərə hava zərbələri endirib. Uşaqlar da daxil olmaqla 70 nəfər qətlə yetirilib.

Qəzzada Səhiyyə Nazirliyi "İzdihamlı düşərgəyə edilən hücum soyqırımdır" ,-deyə adlandırıb.

Mövsüm