Ermənistan və İran XİN başçıları Cənubi Qafqazı və 3+3 formatını müzakirə ediblər

27 Dekabr 2023 14:54 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.

Bu barədə İran KİV-i məlumat yayıb.

Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər.

Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar. (report)