Terror xəbəri ABŞ-ı təşvişə salıb

6 Avqust 2013 08:54 (UTC+04:00)

Ağ Evin 22 ölkədəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmağın səbəbi bilindi

Amerikanın dünyanın 22 ölkəsində diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmasının səbəbi məlum olub. "The Associated Press" xəbər verir ki, diplomatik missiyaların fəaliyyətini dayandırmasına səbəb "Əl-Qaidə" rəhbəri Zayman əl-Zəvahirinin ismarışı olub. Amerika xüsusi xidmət orqanı Zayman əl-Zəvahirinin "Əl-Qaidə"nin Ərəb yarımadasındakı qruplaşmasının rəhbəri Naser Əl-Vayşiyə göndərdiyi ismarışı əldə edib.

Əvvəlcə iki şəxs arasında danışıqlara əsasən Yəməndə terror aktının planlaşdırıldığı güman edilib. Ancaq daha sonra iki şəxs arasında telefon danışıqları dinlənilib. Söhbətdə terror aktının hansı ölkədə həyata keçiriləcəyi anlaşılmayıb. Buna görə də ABŞ birdən-birə 22 ölkədə avqustun 4-də diplomatik nümayəndəliklərin fəaliyyətini dayandırıb. Amerikanın səfirlik və ya konsulluqlarının fəaliyyətini dayandırdığı ölkələr Afrika və yaxın Şərqdə yerləşib. Bura Misir, İordaniya, Liviya, Yəmən, Səudiyyə Ərəbistanı, Küveyt daxildir.

Elnarə
AzNews.az