"Gilabi Ceramics" Laçında fəaliyyətə başladı - FOTOLAR

28 Dekabr 2023 12:58 (UTC+04:00)

Bu gün Laçın şəhərində "Gilabi Ceramics" mərkəzinin açılışı olub.

AzNews.az-ın Laçındakı müxbirinin verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov iştirak edib.

Qeyd edək ki, “Gilabi ceramics” mərkəzi 2020-ci ildə Balaxanıda aparılan abadlıq işləri çərçivəsində keramika rəssamı Emin Ələkbərovun təşəbbüsü ilə yaradılıb.