Deportasiya olunan azərbaycanlı “qanuni oğru” barədə yeni məlumatlar

6 Avqust 2013 09:30 (UTC+04:00)


Krımda saxlanaraq deportasiya edilən, "Arif Sumqaitiski" ləqəbi ilə tanınan məşhur azərbaycanlı "qanuni oğru" Mehdiyev Arif Nurəddin oğlunun saxlanmasının təfərrüatları məlum olub.

Bu barədə Krımlı prokuror Kirill Vavrenyukun atası Aleksandr Vavrenyuk sosial şəbəkəsində səhifəsində yazıb. Onun yazdığına görə , azərbaycanlı "qanuni oğru"nun saxlanmasına krımlı deputat Aleksandr Melnik kömək edib.

Deputat ümumilikdə son zamanlar 7 "qanuni oğru"nun saxlanmasına polisə yaxından kömək edib. Vəkil Melnik barədə yazarkən onu "milisin köhnə dostu" adlandırıb. Qeyd edək ki, 52 yaşlı "qanuni oğru" 1989-cu ildə "taclandırılıb" və köhnə "oğru"lardan hesab edilir. Kriminal aləmdə böyük nüfuza malik olan Arif Mehdiyevin Ukrayna ərazisində kriminal qruplaşmalara rəhbərlik etdiyi bildirilir. Onun təsir dairəsinə həmçinin cibgirliyin də daxil olduğu barədə məlumat var. A.Mehdiyevin saxlanmasından sonra miqrasiya xidməti onun barəsində inzibatı protokol tərtib edib. A.Sumqayıtlı ölkəyə müvafiq sənəd olmadan gəlməkdə və ölkə ərazisində hərəkət etməkdə ittiham edilir. İctimai təhlükəsi nəzərə alınaraq, A.Mehdiyev ölkədən çıxarılıb. Hazırda onun Ukraynaya 5 il ərzində daxil olmasını yasaqlayan sənədlər hazırlanır.

Elnur
AzNews.az