Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

29 Dekabr 2023 23:59 (UTC+04:00)

Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Aznews.az" xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyadanı vuraraq öldürüb.

Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.