Suriyada müxalifət hava limanını ələ keçirdi

6 Avqust 2013 10:15 (UTC+04:00)
Hələbdə Azad Suriya Ordusu ilə Əsəd gücləri arasında şiddətli döyüşlər gedir. Döyüşlərin getdiyi müddətdə müxaliflər Mig hərbi hava limanını ələ keçirdikləri barədə məlumat yayıblar. Məlumatda bildirilir ki, hava limanında çoxlu sayda silah-sursat və hərbi texnika müxaliflərin əlinə keçib.

Qeyd edək ki, müxaliflər uzun müddətdir hərbi hava limanını mühasirədə saxlayırdılar.

Elman
AzNews.az