Göygöldə 17 yaşlı oğlan bıçaqlandı

6 Avqust 2013 10:18 (UTC+04:00)
Göygöldə yeniyetmələrin mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Sərxan Musayev şəxsi münasibətlər zəminində həmkəndlisi, 17 yaşlı Xəzər Qaraisayevi bıçaqlayıb.

X. Qaraisayev döş və qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az