“Fənərbağça”nın sabiq futbolçusu vəfat etdi

6 Avqust 2013 10:09 (UTC+04:00)
Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu Selçuk Yula dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Yula 53 yaşında ikən vəfat edib.

O, xəstəxanada keçinib. Lakin ölüm səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, Selçuk Yula son zamanlar idman şərhçisi kimi çalışıb. O, Topaz Premyer Liqasında ayın futbolçularının mükafatlandırma mərasimlərinə müntəzəm qatılıb.

AzNews.az