MilliÖn fəaliyyətini dayandırdı

6 Avqust 2013 10:18 (UTC+04:00)
"Komtec" şirkəti MilliÖn özünəxidmət terminalları şəbəkəsi sisteminin texniki yenilənməsinə başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən deyiblər.

Şirkətdən bildiriblər ki, texniki səbəblərdən MilliÖn terminallarının işi avqustun 6-da müvəqqəti dayandırılıb. Günün ikinci yarısında sistemin işinin bərpa ediləcəyi gözlənilir.

Sistemin yenilənməsi istifadəçi interfeysində dəyişiklikləri nəzərdə tutmur, sistemin özünün imkan və gücünü, həmçinin onun buraxılış qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.

AzNews.az