Lənkəranda 41 yaşlı qadını maşın vurub

31 Dekabr 2023 13:39 (UTC+04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili piyadanı vuraraq ağır xəsarət yetirib.

"Aznews.az" xəbər verir ki, hadisə Şəhidlər xiyabanı küçəsində qeydə alınıb.

Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən, hərəkətdə olan minik avtomobili onu vurub. Y.Nəsirova ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb. Həkimlər yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.