Bərdədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

2 Yanvar 2024 19:19 (UTC+04:00)

Bərdə rayonunun Saatlı kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

"Aznews.az" xəbər verir ki, qəza nəticəsində "VAZ-2106" markalı avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.