BAXCP imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib

3 Yanvar 2024 17:46 (UTC+04:00)

Fevralın 7-də keçiriləcək Prezident seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi üçün tələb olunan imza vərəqələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

BAXCP-dən verilən məlumata görə, hazırda partiyada təbliğat kampaniyası üçün hazırlıq işləri görülür.

Aznews.az