Rusiyada təhlükəli virus aşkarlandı - SOS

6 Avqust 2013 11:05 (UTC+04:00)

Rusiyada təhlükəli Şarbon virusu yayılıb. Virus Rusiyanın Stavropol bölgəsinin Solneçnedolsk qəsəbəsində iki nəfərdə aşkarlanıb.

Şarbon virusuna yoluxduğu aşkarlanan bu iki nəfər xırdabuynuzlu heyvan saxlamaqla məşğul olan bir kişi və qadındır.

Həkimlər onların yaşadığı və heyvan saxladıqları yerdə araşdırma aparıb. Hadisədən dərhal sonra Rusiyanın Səhiyyə Nazirliyi bölgədə fövqaladə vəziyyət elan edərək Solneçnodolsk qəsəbəsində karantin elan edib.

Elman
AzNews.az