“Sərdar Əlibəylinin oğlu xəstədir” - VƏKİL

6 Avqust 2013 11:20 (UTC+04:00)


""P.S Nota" qəzetinin və internet portalının redaktoru Sərdar Əlibəylinin həbsindən apellyasiya şikayətinə avqustun 7-də baxıla bilər. Əgər bu, baş verməsə, o zaman şikayətin baxılması avqustun 12-nə təyin ediləcək".

Bunu AzNews.az-a açıqlamasında S.Əlibəylinin vəkili Elçin Sadıqov bildirib. E.Sadıqovun sözlərinə görə, apellyasiya şikayətində S.Əlibəylinin ailəsindəki durumun də nəzərə alınmasına diqqət çəkilib: "Sərdar Əlibəylinin oğlu xəstədir. Ailədə Sərdardan başqa heç kəsin gəliri yoxdur. Onun da həbsdə saxlanması ailənin vəziyyətinə olduqca pis təsir göstərəcək. Apellyasiya şikayətinə baxılması zamanı bu məsələnin diqqətə alınacağını gözləyirik".

Elnarə
AzNews.az