“Milli Şura daxilində böyük gərginlik yaşanır“

6 Avqust 2013 11:30 (UTC+04:00)


"Hazırda Milli Şura daxilində olduqca böyük gərginlik yaşanır"


Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, YAP müxalifətin bu layihəsi ilə bağlı vaxtilə kifayət qədər proqnoz verib: "Zaman göstərir ki, bu proqnozlar düzdür".

YAP funksioneri bildirib ki, Milli Şura rəhbərliyində təmsil olunanlar arasında səmimi münasibət yoxdur: "Artıq qurumun rəhbərliyindəki şəxslər arasında rəqabət gedir. Bu baxımdan Milli Şuranın dağılması labüddür. Ayrı-ayrı partiyalar seçkilərdə öz namizədini irəli sürmək üçün yəqin ki, bu həftənin sonunda toplantılarını keçirəcək".

AzNews.az