5 aylıq uşağa gündə 4 dəfə Viaqra verilir

6 Avqust 2013 11:35 (UTC+04:00)
İngiltərədə ağ ciyərlərində problemlə dünyaya gələn və hazırda 5 aylıq olan Reuben Paxton gündə 4 dəfə Viagra qəbul edərək yaşayır.


Roxburghshire bölgəsində yaşayan Reuben dünyaya gələndə həyatda qalmaq şansı 50 faiz olub. Uşağın mədəsi, bağırsaqları, qara ciyərinin bir hissəsi döş qəfəsində yerləşib. Ağciyərləri isə ümumiyyətlə inkişaf etməyib. 7 saat davam edən əməliyyatdan sonra uşağın daxili orqanları normal yerinə yerləşdirilib. Həkimlərin qərarı ilə ağ ciyərlərin inkişafı üçün uşağa gündə bir neçə dəfə Viagra verilir.

Elnarə
AzNews.az