Qəzzada ölənlərin sayı 22 min 835-ə yüksəlib

7 Yanvar 2024 18:55 (UTC+04:00)

İsrail ordusunun həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 113 nəfər artaraq 22 min 835 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 93 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 113 fələstinlini öldürdüyü, 250 nəfərin yaralandığı bildirilib.

Açıqlamada İsrail qüvvələrinin son 24 saatda “12 qırğın” törətdiyi vurğulanıb və 7 oktyabrdan bu yana hücumlarda həlak olan fələstinlilərin sayının 22 min 835, yaralı sayının isə 58 min 416-ya yüksəldiyi qeyd edilib.

Mövsüm

Aznews.az