Qubada dəhşətli qəza; İki nəfər öldü

6 Avqust 2013 12:22 (UTC+04:00)
Qubada 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AzNews.az-ın rayondan əldə etdiyi məlumata görə, hadisə rayonun Digah kəndində qeydə alınıb. Rayon polis şöbəsindən aldığımız məlumata görə, Vaz 21-07 markalı 90 RD 338 nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Avtomobil Elbrus Əlövsət oğlu Mehdiyevə məxsus olsa da, hadisə zamanı Ramin Muxtar oğlu Hüseynov tərəfindən idarə olunub. Qəza nəticəsində sürücü yerindəcə keçinib. Avtomobilin sahibi E.Mehdiyev rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla Quba rayon Prokurorluğunda araşdırılır.

Ruhiyyə
AzNews.az