11 uşağı zorlayan manyakı əfv etdilər - FOTO

6 Avqust 2013 17:30 (UTC+04:00)
Mərakeşdə yaşları 4-15 arasında olan 11 uşağı vəhşicəsinə zorlamaqda suçlanan Daniel Fino Qalvan ölkəsinə təhvil verilib.

İspaniya vətəndaşı olan Qalvanla bağlı qərarı Mərakeş kralı 4-cü Məhəmməd qəbul edib. Onun qərarına səbəb isə İspaniya kralı Xuan Karlosun ötən ayda Mərakeşə səfər zamanı müraciəti idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İspaniyanın Mursiya şəhərində Daniel Fino Qalvanın yeni məhkəməsi başlanıb. İşə daha sonra Madriddəki Ali Məhkəmə baxacaq.

11 uşağı zorlamış manyakın Mərakeş kralı tərəfindən əfv olunaraq İspaniyaya təhvil verilməsi mərakeşliləri çox sinirləndirib.

Onlar bu qərarı "11 günahsız uşağın ikinci dəfə zorlanması" adlandırıblar.

Daniel Fino Qalvan Mərakeşdə həbs olunan və ölkə həbsxanalarına atılan, sonradan kralın əfv edərək cəzalarının yerdə qalan hissəsini çəkmək üçün İspaniyaya təhvil verdiyi 48 məhbusdan biridir.

Mərakeşdə 30 il həbs cəzası almış Qalvan iyulun sonlarında İspaniyaya aparılıb.

Bu gün Mərakeşin paytaxtı Rabatda Qalvanın əfvi və İspaniyaya təhvil verilməsi ilə bağlı yeni, yüz minlərlə insanın qatılacağı yürüş gözlənilir.

Ötən həftənin cümə günü bu olayla bağlı mitinqdə mərakeşlilər kraldan qərarını dəyişməyi, 11 uşağı zorlamış manyakın ölkəyə qaytarılmasını tələb etmişdilər.

Polis və hərbçilərin mitinqi dağıtması nəticəsində 1 nəfər həlak olmuş, 63 nəfər yaralanmışdı.

11 uşağı zorlayan və bu uşaqlardan 3-nü qətlə yetirən Qalvanla bağlı vəkil Həmil Krayrinin dediynə görə, İspaniya vətəndaşı olan bu manyak cinayətlərini Rabat yaxınlığındakı Kenitra şəhərində törədib.

AzNews.az