Prezident Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib. Ərdoğan adını nəvəsinin qulağına oxuyub.
Prezident Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.
Prezident Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.
Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub.
Körpəyə Asım Özdemir adının qoyulduğu öyrənilib. Prezident Ərdoğanı xəstəxanaya səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.
Prezident Ərdoğanın Esra-Berat Albayrak cütlüyündən 4 nəvəsi, Bilal-Reyyan Ərdoğan cütlüyündən isə 3 nəvəsi var.
Mövsüm
Aznews.az