Qazaxıstan prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək

9 Yanvar 2024 19:21 (UTC+04:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

"Yaxın zamanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində prezident Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışın mərasimində iştirak edəcək", - səfir deyib.

Xatırladaq ki, 2023-cü ilin martında işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub.