Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilir.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə birgə layihəsi olan seminarda MSK-nın üzvü Ramiz İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, MSK-nın Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli iştirak edirlər.
Qeyd edək ki, seminarda Azərbaycan Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat təqdimatı olacaq.