İlkin Rüstəmzadə ilə bağlı prokurorluğa vəsatət təqdim olundu

6 Avqust 2013 13:27 (UTC+04:00)
Bu gün vəkil Nemət Kərimli AGT üzvü İlkin Rüstəmzadənin əməlində cinayət tərkibi olmadığı üçün Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsinə poçt vasitəsi ilə vəsatət verdiyini bildirdi: "İlkin Rüstəmzadə barəsində əməlində cinayət tərkibin olmadığına dair Cinayət Prosessual qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi üçün vəsatət təqdim etmişəm. Cavab isə 3 gün müddətinə verilməlidir. "

Xatırladaq ki, Azad Gənclik Təşkilatının (AGT) üzvü İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən "Hаrlem Shake" videosunu hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb./musavat.com/

AzNews.az