Birləşmiş Ştatlar Rusiya uranından imtina etmək qərarına gəlib və hazırda alternativ təchizatçı axtarır.
Bu barədə "Reuters" agentliyi ABŞ Energetika Nazirliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton 20%-ə qədər zənginləşdirilmiş yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uran yanacağı olan HALEU-nun tədarükü üçün maksimum 10 il müddətinə müqavilələr bağlamağı planlaşdırır.
Bu məqsədlə 500 milyon dollar ayrılacaq, proqram genişləndirilə bilər.
Mövsüm
Aznews.az